Ceyhun Bayramov Brüsselə yola düşüb


13:15     14 Noyabr 2021 2021/11/2E36CE87-C21C-4DDA-AB48-D3673996C3C2_1636884169.jpeg

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.

Femida.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir səfər çərçivəsində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Eyni zamanda, XİN başçısının Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər: #Xin    

Oxunub: 461