Azərbaycanın tanınmış memarı və rəssamı vəfat edib
14:28 14 Noyabr 2021
Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib.
Femida.az xəbər verir ki, R.Əliyev 87 yaşında dünyasını dəyişib.
Memar Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, bir neçə metro stansiyanın, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər layihələrin müəllifi və həmmüəllifidir.
Bakıda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır. R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Qeyd edək ki, R.Əliyev akademik Həsən Əliyevin oğludur.
Femida.az
Oxunub: 588
Oxşar xəbərlər
- Memarlıq və İnşaat Universitetinin professoru vəfat edib
- Salyanın baş memarının məhkəməsi başlayıb
- İlham Əliyev Türkiyə ilə vacib sənədi təsdiqlədi
- Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır
- Abşeronun sabiq baş memarının həbs müddəti uzadılıb
- “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi zərərdən mənfəətə keçib
- Prezident İlham Əliyev şanlı zəfər tariximizin memarıdır - AÇIQLAMA
- Abşeronun sabiq baş memarının həbs müddəti uzadılıb
- Yeni icra başçısı baş memarı işdən çıxardı
- Abşeron rayonunun baş memarı və daha bir vəzifəli şəxs həbs olunub