Türkiyənin xarici işlər naziri İrana səfər edəcək


15:25     14 Noyabr 2021 21_11_14_1636887250.jpg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah İrana rəsmi səfər edəcək.

Femida.az bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Səfər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə baş tutacaq.

Qeyd edilir ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin bütün aspektlərdə müzakirəsi, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 508