Ağstafada 2 avtomobil toqquşub, xəsarət alanlar var


21:32     14 Noyabr 2021 21_11_14_1636908522.jpg

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Femida.az -ın məlumatına görə, hadisə rayonun mərkəzi hissələrindən birində baş verib. İki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlardan biri - Ağstafa rayon Həsənsu kənd sakini, 1960-cı il təvəllüdlü Əkbər Vəliyev xəstəxanaya aparılıb. Digər yaralı isə xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 382