Toylara görə daha 32 nəfər cərimələnib
09:28 15 Noyabr 2021
Noyabrın 13-14-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 181 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, monitorinq 149 şadlıq sarayında, 32 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 32 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 644 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Femida.az
Oxunub: 420
Oxşar xəbərlər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Nisyə siqaret üstündə qadını baltaladı - TOY YARIMÇIQ QALDI
- Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Tovuzda toyda mübahisə düşüb, bıçaqlanan var
- Qazaxda yetkinlik yaşına çatmayan şəxsə toy edilməsinin qarşısı alınıb
- Bakıda toy kortecində avtoxuliqanlıq edən sürücülər saxlanılıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- MAY AYINDA TOY ETMƏK OLMAZ? - İNANILMAZ SƏBƏB