Lənkəranda narkotik satan 12 nəfər saxlanılıb - FOTO
09:35 15 Noyabr 2021
Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Rəhmanlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Araşdırmalarla onun narkotik vasitəni əldə etdiyi şəxsin rayon sakini X.Əzimov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
X.Əzimovun üzərindən 38 qramdan artıq heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq X.Əzimovun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Araşdırmalarla onun Lənkəran sakini V.Qurbanov olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan 61 qramdan artıq heroin, 11 qramdan artıq psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 9 nəfər – Z.Novruzov, Z.Əliyev, C.Bəşirov, N.Ağayev, V.Əlizadə, T.Yusubzadə, Ü.Rəhimli, M.Əbilov, F.Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 465
Oxşar xəbərlər
- Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Balakən və Lənkəranda ev yanıb, xəsarət alanlar var
- Meşə zolağında narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanılıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb