Ermənistan Kəlbəcərdə növbəti təxribat törədib - VİDEO
12:34 15 Noyabr 2021
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb. Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.
Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb. Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. "Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - Müdafiə Nazirliyindən bildirilib.
Femida.az
Oxunub: 497
Oxşar xəbərlər
- Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub
- Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulur
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- MN: "Ermənistan silahlı qüvvələri Kəlbəcərdə mövqelərimizi yenidən atəşə tutub"
- Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
- Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub
- Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub
- MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"