Hava 7 dərəcə soyuyacaq, rayonlara qar yağacaq


13:21     15 Noyabr 2021 2021/11/9F6A0146-8028-40F0-A1C3-EA901D8C40AA_1636973206.jpeg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi haqqında xəbərdarlıq yayıb.

Nazirlikdən Femida.az a bildirilib ki, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında noyabrın 15-i axşam şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Femida.az

Açar sözlər: #ETSN   #Hava    

Oxunub: 476