Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanılıb
15:59 15 Noyabr 2021
Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir nəfər rayon sakini Arabaçılar kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a bildirilib ki, məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri - Şəhriyar Şahmalızadə və Tural Vəliyev saxlanılıb.
Onların 3 100 manat pul və qızıl-zinət aşyaları oğurladıqları aşkar olunub.
Ş.Şahmalızadənin ətrafında aparılan tədbirlərlə kənd ərazisində yerləşən daha bir evdən də mətbəx əşyaları oğurladığı müəyyən edilib.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.
Oxunub: 617
Oxşar xəbərlər
- Bərdədə narkotacirlər saxlanılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- Bərdədə qadının evi yandırılıb, azyaşlı qızı isə bıçaqlanıb
- Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
- Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb
- Bərdədə oğul atasını qətlə yetirib
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- Bərdədə qadın narkotacir saxlanılıb
- Bərdədə 24 yaşlı oğlan kanalda batıb
- Bərdədə antisanitar vəziyyətdə saçaqlı pendir istehsal edən sex bağlanıb