Nikol Paşinyan müdafiə nazirinin dəyişdirilməsinin səbəbini açıqlayıb


16:13     15 Noyabr 2021 21_11_15_1636974836.jpg

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsinin səbəbini açıqlayıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının iclasında çıxış edən hökumət başçısı bildirib ki, A.Karapetyanın fəaliyyəti ilə bağlı təhlil aparıb.

Baş nazir qeyd edib ki, müdafiə nazirinin işdən çıxarılması Azərbaycanla sərhəddə baş verən hadisələrlə bağlıdır.

“Qeyd etmək istəyirəm ki, Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi və onun əvəzinə Baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul etmişəm. Bu qərar dünəndən etibarən baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib. Hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi qərarına gətirib çıxardı", - N.Paşinyan bildirib.

Açar sözlər:

Oxunub: 532