Ağdam sakini minaya düşərək həlak olub


19:22     15 Noyabr 2021 21_11_15_1636989053.jpg

Ağdam sakini minaya düşərək həlak olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində yerli sakin, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb.

Nəticədə o, hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 501