Türk ordusu 2 şəhid verdi


23:29     10 Yanvar 2016 306274.jpg


Diyarbəkirin Sur rayonunda PKK terrorçularına qarşı aparılan əməliyyat davam edir.

Femida.az türk mətbuatına istinadən xəbər verir ki, terrorçularla baş verən atışma zamanı bir polis və bir əsgər vəfat edib.

Terrorçuların bombalı hücumu nəticəsində isə təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, bölgədə vəziyyət gərgin olaraq qalır.

Açar sözlər:

Oxunub: 908