Türklərdən Rusiyaya ağır zərbə (VİDEO)


23:45     10 Yanvar 2016 4022802634.jpg

Rusların böyük əhəmiyyətə malik 2300 saytı dağıdılıb.


Rusların qorxulu yuxusuna çevrilən “Skorsky” kod adlı xaker yenidən rus saytlarına hücum edib.

ANS PRESS-in məlumatına görə, Rusiya- Tükiyə münasibətlərinin pozulmasından sonra rus xakerlərin türk saytlarına hücum etməsinə “Skorsky” və “Türk Hack Team” kod adlı şəxslər qarşılıq verib.


Rusiyanın Təhlükəsizlik gizli sistemlərinin 2 min 300 saytına hücum edən xakerlər həmin saytları dağıdaraq internet resurslarının girişində prezident Rəcəb Tayyib Ərdoğanın və Fatih Sultan Mehmet xanın fotolarını yerləşdiriblər. Dağıdılan bu saytlarda ard-arda həmin iki foto göründükdən sonra isə məhşur "Mehtər marşı" səslənir.
Dağıdılan saytların çoxu uzun müddət istifadə edilə bilməsə də? sonradan bərpa edilib, bəziləri isə ümumiyyətlə istifadəyə yararsız hala salınıb.

Edilən bu kiber hücumdan sonra rus xakerlər tərəfindən türk internet saytlarının dağıdılması sona çatıb.

“Skorsky” kod adlı xaker kiber hücumlardan sonra "Biz bu hücumlarda xəstəxanaların, insanlara yardım edilməsi üçün nəzərdə tutulan qurumların internet saytlarını dağıtmadıq", - deyə bildirib.

Rus xakerlər tərəfindən türk saytlarına bir həftədən çoxdur ki, hücumlar edilmir. "Bu hücumların dayanmasının səbəbi qarşı tərəfin bizim xakerlər olduğunu bilməsi ilə əlaqədardır. Bizim onların saytlarını dağıtmaqla ruslara verdiyimiz zərər həddən artıq çoxdur. Ona görə, onlar hələ uzun müddət hücumlardan çəkinəcəklər", - deyə “Skorsky” bildirib.



Açar sözlər:

Oxunub: 10449