Bakının bəzi yollarında sürət həddi endirilib


10:38     16 Noyabr 2021 2021/11/2A2D53BE-2134-41E4-BAD8-E5682A2EFBF7_1637048385.png

Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Femida.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar".

Femida.az

Açar sözlər: #Hava   #Yol    

Oxunub: 646