Şabranda oğul anasını bıçaqlayıb


10:43     16 Noyabr 2021 2021/11/83C41132-981B-47DF-A7BC-79BF3F9C5CA7_1637048721.png

Şabranda oğul anasına çoxsaylı bıçaq xəsarəti yetirərək öldürmək istəyib.

Rayon prokurorluğundan Femida.az -a verilən məlumata görə, noyabrın 13-ü 1974-cü il təvəllüdlü Gülbahar Xudaverdiyevanın Şabran rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı G.Xudaverdiyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. A.Xudaverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir.


Femida.az

Açar sözlər: #Bıçaq    

Oxunub: 407