Bakıda avtomobildə silah-sursat aşkarlanıb - FOTO


11:20     16 Noyabr 2021 2021/11/58E21328-EA40-4A40-81F7-E771033082AE_1637051383.jpeg

Paytaxtda hərəkətdə olan avtomobildə odlu silah və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə dövlət qeydiyyat nişanı vurulmadan, etibarnaməsiz idarə edilən “Chevrolet Aveo" markalı avtomobil saxlanılıb.



Daxil olan əməliyyat məlumatı əsasında Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Samir Əmirovun idarə etdiyi avtomobildən 1 ədəd "Makarov" konstruksiyalı PM modelli tapança, 1 ədəd daraq, 1 ədəd patron və 1 büküm 4,474 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. S.Əmirov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər: #DİN   #Silah    

Oxunub: 520