Ermənilər Kəlbəcər, Tovuz, Gədəbəy və Ağstafanı atəşə tutub


12:38     16 Noyabr 2021 2021/11/69E6CFBE-9C3C-409F-8156-9C82AAF40BA5_1637056407.jpeg

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatları barədə məlumat yayıb.

Nazirlikdən Femida.az a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-ı saat 04.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd , Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məsqəsilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Femida.az

Açar sözlər: #Atəşkəs   #Ermənistan    

Oxunub: 809