Akar Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışdı


13:57     16 Noyabr 2021 2021/11/95CA4FCE-96B2-489C-AE0D-36ABF459389C_1637057296.jpeg

"Türkiyə Silahlı Qüvvələri hal-hazırda Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsilinə dəstəyini davam etdirir".

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş bölgələrdə birgə mina axtarma və məhvetmə fəaliyyətləri də davam etdirilir.

“Artıq Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünülə bilməyəcək səviyyəyə çatıb. Başda təhlükəsizlik olmaqla, hər sahədə əməkdaşlığımızı nəzərdə tutan “Şuşa Bəyannaməsi” bu istiqamətdə atılmış tarixi addımdır”, - Akar söyləyib.

Əlavə edib ki, bu bəyannamə təkcə iki ölkənin deyil, bütün Qafqazın inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir: "Ermənistan Türkiyə və Azərbaycan prezidentlərinin uzatdığı sülh və dostluq əlini tutmalı, “altılıq platforması” təklifimiz daxil olmaqla, bu fürsətləri dəyərləndirməlidir. “İki dövlət, tək millət” anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın yanlında olmağa davam edəcəyik”.


Femida.az

Açar sözlər: #Hulusi-Akar    

Oxunub: 595