Qanunsuz süxur daşıyanlar cəzalandırılıb


14:26     16 Noyabr 2021 2021/11/24F6C35C-BCCB-4650-ACF3-AF7684C24D1D_1637058371.jpeg

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Salyan rayonunda 42-BO-903, Lənkəran rayonunda isə 42-BR-284 və 42-CE-650 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşınları ilə qanunsuz süxur daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Femida.az -a bildirib ki, araşdırma zamanı Lənkəran rayon sakinləri Sadiq Ağayev, Namiq Həsənov və Beyrək Balakişiyevin idarə etdikləri avtomobillərin yük yerində ümumilikdə 24 kubmetr həcmində süxurun daşındığı məlum olub.

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 484