Koronavirusdan vəfat edən Əməkdar artist Qubada dəfn olunub


15:58     16 Noyabr 2021 21_11_16_1637061563.jpg

Koronavirusdan vəfat edən tanınmış aktyor, Əməkdar artist Məcnun Hacıbəyov dəfn edilib.

Femida.az xəbər verir ki, mərhum Qubanın İkinci Nügədi kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Məcnun Salam oğlu Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonun İkinci Nügədi kəndində doğulub. Orta təhsilini bu kəndin məktəbində alıb. O, 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Açar sözlər:

Oxunub: 600