PKK 3 nəfəri məsçiddə öldürdü


01:45     11 Yanvar 2016 fft5_mf842732.Jpeg


Türkiyənin Şirnak vilayətinin Silopi rayonunda davam edən antiterror əməliyyatı zamanı hərbçilər məsçid ərazisində 3 kişi meyidi aşkarlayıb.


"Report"un "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Şehit Harun Bey məhəlləsində yerləşən İmam Hüseyn məsçidində tapılan cəsədlərin üzərində zorakılıq əlamətləri qeydə alınıb.
Terrorçu Kürd Fəhlə Partiyasının üzvləri tərəfindən qətlə yetirildiyi güman edilən kişilərin təxminın beş gün öncə öldürüldüyü bildirilir.
Qeyd edək ki, son bir gün ərzində Diyarbakır və Şirnak vilayətlərinin ərazisində keçirilən reydlər zamanı hərbçilər 20 PKK silahlısını məhv edib.

Açar sözlər:

Oxunub: 1303