Neftimiz yenə ucuzlaşdı


18:37     28 May 2015 610x380xneft9.jpg.pagespeed.ic.e2igURx_3N.jpg

Bu gün Azərbaycanın “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,47 dollar, yaxud 3,74% ucuzlaşıb.

Bu barədəFemida.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,64 dollar olub.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 67,16, dünən isə 66,14 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Açar sözlər:

Oxunub: 1017