İran: “Səudiyyəyə imkan verməyəcəyik”


02:15     11 Yanvar 2016 1452442695.jpg


İran Suriya münaqişəsinin həlli istiqamətində Səudiyyə Ərəbistanının mənfi addımlarına imkan verməyəcək.

Femida.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT-nin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşü zamanı deyib.


“İran hər zaman regional böhranların həllində konstruktiv mövqe tutub. Biz, Səudiyyə Ərəbistanına Suriya probleminin həllindəki neqativ addımlarına imkan verməyəcəyik”, - Zərif bildirib.

BMT nümayəndəsi görüş zamanı İranın Suriya probleminin həlli istiqamətindəki rolunu təqdir edib.

Açar sözlər:

Oxunub: 1401