Azərbaycanın 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb - SİYAHI
12:47 17 Noyabr 2021
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub.
Bu barədə Femida.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Şəhid olan hərbçilərin siyahısı:
- leytenant Niftəliyev Ümüd Oruc oğlu;
- gizir Cabbarov Orxan Hətəm oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
- əsgər Ağayev Elçin Mərifət oğlu;
- əsgər Əlizadə Elmin Samir oğlu;
- əsgər Əliyev Elçin Ramil oğlu;
- əsgər Xəlilov Murad Qalib oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Femida.az
Oxunub: 837
Oxşar xəbərlər
- Füzulinin Qoçəhmədli kəndi - VİDEO
- Hulusi Akar: "Azərbaycanla qardaşlığımız əbədi davam etdiriləcək"
- Azərbaycan və Türkiyə müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib
- Müdafiə naziri xidməti müşavirədə qoşunlara tapşırıqlar verib
- Nazir yeni yaradılan komando hərbi hissəsində olub- FOTOLAR(VİDEO)
- Hərbi qulluqçumuz şəhid oldu
- Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək
- Ermənistanın məlumatı yalandır - MN
- Ermənistan mövqelərimizi növbəti dəfə atəşə tutub
- Azərbaycan İsraillə yeni növ PUA-lar istehsal edəcək