Obama suriyalı qaçqını Ağ Evə dəvət etdi


02:25     11 Yanvar 2016 1452444766.jpg


ABŞ Prezidenti Barak Obama illik çıxışına suriyalı qaçqını da dəvət edib.

Femida.az xəbər verir ki, bunu “USA Today” qəzeti məlumat yayıb.

Hazırda Detroytda yaşayan 55 yaşlı Rifai Ramo adlı suriyalı qaçqın prezidentin çıxışı zamanı ölkənin birinci xanımı Mişel Obama ilə yanaşı oturacaq.

Qəzetin məlumatına görə, Obama bununla respublikaçıların suriyalı qaçqınların terror təhlükəsi səbəbindən ABŞ-a yerləşdirilməsinin əleyhinə olan fikirlərinə qarşı çıxmış olacaq.

Obamanın çıxışı yanvarın 12-də baş tutacaq.

Açar sözlər:

Oxunub: 690