Ermənistanın təxribatları ilə bağlı cinayət işi açılıb
13:49 17 Noyabr 2021
Baş Prokurorluq Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən Femida.az -a daxil olan məlumatda deyilir: "Noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb. Bununla belə, dərin təəssüf hissi ilə bildiririk ki, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olmuş və 10 nəfər yaralanıb.
Şəhid olmuş hərbi qulluqçular:
1) Əliyev Natiq Yusif oğlu;
2) Niftəliyev Ümüd Oruc oğlu;
3) Cabbarov Orxan Hətəm oğlu;
4) Ağayev Elçin Mərifət oğlu;
5) Xəlilov Murad Qalib oğlu;
6) Əliyev Elçin Ramil oğlu;
7) Əlizadə Elmin Samir oğlu.
Qeyd olunan faktlarla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işləri başlanıb".
"Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törədən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır və sübütların toplanılması həyata keçirilir", - məlumatda qeyd edilib.
Femida.az
Oxunub: 3805
Oxşar xəbərlər
- Bu il prokurorluq tərəfindən 157 cinayət işi açılıb
- Ağdaşda Vətən müharibəsi qazisi intihar edib
- Kursantın intiharı ilə bağlı cinayət işi başlanıb
- Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada tutuldu
- Eldəniz Səlimovun cinayət işi məhkəməyə göndərilib
- İki rayon və bir şəhərə yeni prokuror təyin edildi
- Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
- Baş Prokurorluq nəşi tapılan hərbçi barədə məlumat yayıb
- Baş Prokurorluğun idarələrinin sayı artırılıb
- Baş Prokurorluq polis serjantının ölümü ilə bağlı məlumat yayıb