Döyüşlərdə olan hərbçilərə 2-3 qat artıq maaş veriləcək


13:54     17 Noyabr 2021 2021/11/69918115-895C-45E7-889C-5E16294CCC07_1637143723.png

“Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanıb. Bu layihə Silahlı Qüvvələrin bütün növlərinə aiddir. Qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır”.

Femida.az ın xəbərinə görə, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hərbçilərin ildə bir dəfə müalicə alması və döyüşlərdə iştirak edən hərbi qulluqçulara 2-3 qat artıq maaş verilməsi qanunda öz əksini tapıb.

Femida.az

Açar sözlər: #Qanun   #Hərbçi    

Oxunub: 736