2022-ci il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib
16:30 17 Noyabr 2021
Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Femida.az -ın xəbərinə görə, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Oxunub: 606