Səhiyyə Nazirliyi xüsusi risk qrupuna aid olan şəxslərə müraciət edib
16:42 17 Noyabr 2021
“Elə xəstəliklər var ki, ona qarşı bir dəfə peyvənd olunduqdan sonra ömürlük immunitet yaranır. Təəssüf ki, koronavirus infeksiyası bu qrupa aid deyil”.
Femida.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, müəyyən vaxtdan sonra orqanizmdə süni qazanılan immunitet azalmış olur: “Xüsusi risk qrupuna aid olan şəxslərin daha etibarlı müdafiə üçün "buster" dozanı vurdurmaları tövsiyə olunur. Bu praktika tək Azəbaycanda deyil, bütün dünya ölkələrində tətbiq edilir".
"İnsanlara buradan səslənirəm ki, əldə etdikləri imkanları dəyərləndirsinlər. Çünki xəstələnənlərin az olması peyvənd olunma ilə əlaqəlidir. Vəziyyət nəzarət olunan səviyyədədir. "Buster" doza alan vətəndaşların sayı kifayət qədərdir. Tək bu doza deyil, iki il ərzində virusa yoluxmayan və ya xəstələnən şəxslər də vaksinasiya prosesində fəal iştirak etsinlər”, - o vurğulayıb.
Oxunub: 520
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib
- Səhiyyə Nazirliyindən əhaliyə VACİB ÇAĞIRIŞ
- Səhiyyə nazirinin 4 müavini işdən çıxarılıb, yeniləri təyin olunub
- Səhiyyə Nazirliyi “Omikron”la bağlı yenidən əhaliyə müraciət edib
- Səhiyyə Nazirliyi, Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib
- Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə çağırış edib