Qaxda yaşayış evində partlayış olub, 84 yaşlı qadın xəsarət alıb


19:42     17 Noyabr 2021 21_11_17_1637163284.jpg

Qax rayonunda evdə partlayış olub.

Femida.az -ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qıpçaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1937-ci il təvəllüdlü Məmmədova Nina Markovna öz evində yatarkən qəfildən partlayış baş verib. Nina Məmmədova aldığı ağır yanıq xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, partlayışın baş verməsinə səbəb qaz sızması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 633