Türkiyə səfiri Ermənistanın təxribatları nəticəsində şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib


20:12     17 Noyabr 2021 21_11_17_1637163604.jpg

“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbr diləyirik. Başımız sağ olsun”.

Femida.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu barədə tviter səhifəsində paylaşım edib.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.

Açar sözlər:

Oxunub: 519