Britaniyaya məxsus F-35 qırıcısı Aralıq dənizinə düşüb
20:58 17 Noyabr 2021
Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı müntəzəm uçuş zamanı Aralıq dənizində qəzaya uğrayıb.
Femida.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Pilot sağ-salamat gəmiyə aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Bundan əvvəl Rusiyanın İrkutsk vilayətində An-12 yük təyyarəsi Pivovarix kəndində yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb. O, yerə enərkən radarlardan itib. Təyyarədə olan 7 nəfərin hamısı həlak olub.
Oxunub: 532