General Rüstəm Muradov Bakıdan İrəvana uçur: təyyarədə erməni meyitləri var?


21:14     17 Noyabr 2021 2021/11/9487b447c4dd9ab10ef6854ba00cfd5b_1637167596.jpg

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov Bakıdan İrəvana yola düşüb".

Femida.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, ehtimallara görə, generalın olduğu təyyarədə 16 noyabrda keçirilmiş hərbi əməliyyatlar zamanı məhv edilmiş erməni hərbçilərinin cəsədləri var.

Məlumata əsasən, R.Muradov Azərbaycan və Ermənistan arasında insidentlərin qarşısının alınması istiqamətində danışıqlar aparacaq.

Qeyd edək ki, məlumat Azərbaycan tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Lakin bundan əvvəl erməni mediasında Rüstəm Muradovla bağlı xəbərlərin özünü doğrultduğunu nəzərə alsaq, bu məlumatın da dəqiqliyi şübhə doğurmur.

Musavat.com

Açar sözlər:

Oxunub: 464