Bakıda intihara cəhdin qarşısını alıb


09:18     18 Noyabr 2021 2021/11/8D961517-A490-455D-BD2E-3398FAABC4B4_1637214699.jpeg

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Femida.az -ın nazirliyin saytına istinadən xəbərinə görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Femida.az

Açar sözlər: #İntihar    

Oxunub: 611