Saatlıda qaydaların pozulduğu iki toy aşkarlanıb


09:33     18 Noyabr 2021 2021/11/89ECF075-1218-4C0D-B32D-A2A746A302BA_1637221191.png

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Dəllər və Naharlı kəndlərində yerləşən iki fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Bu barədə Femida.az -a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə hər iki ev sahibi inzibati qaydada məsuliyyətə cəlb olunub.


Femida.az

Açar sözlər: #Saatlı    

Oxunub: 534