Xaçmazda 17 yaşlı oğlan iki aydır itkin düşüb - FOTO


11:18     18 Noyabr 2021 2021/11/A6D65015-9C49-4B8A-A69F-23F2CB928952_1637222355.png

Xaçmaz sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan
Femida.az -a verilən məlumata görə, Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Famil Əşrəfov sentyabr ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. F.Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli idman gödəkçəsi və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Femida.az

Açar sözlər: #Xaçmaz    

Oxunub: 487