“İlham Əliyev boş yerə söz demir” - Erməni ekspert


12:27     18 Noyabr 2021 2021/11/B458C7FE-8244-44E1-A29C-E8036EA45EEF_1637228356.png

Erməni hərbi ekspert Van Hambarsumyan “Esse TV” YouTube kanalının efirində Azərbaycan prezidenti İlham Əliyevin boş yerə söz demədiyini vurğulayıb.

Femida.az xəbər verir ki, verilişin gedişində Zəngəzur dəhlizi mövzusunu şərh edən erməni ekspert Azərbaycanın istədiyini alacağını bildirib.

- Ermənistanda “dəhliz” yox, “yol” deyirlər. Sizə dedim ki, dəhliz istəyirlər. Azərbaycan prezidenti də bu barədə danışıb. Azərbaycan prezidenti isə bildiyimiz kimi boş yerə söz demir. Düzdür? Bilirsiniz, bu, faktdır. Ermənistanda belə rəhbərlik olanda isə Azərbaycanın silahlı qüvvələrə ehtiyacı yoxdur. Bunlar lazımsız xərclərdir, - Van Hambarsumyan deyib.



Femida.az

Açar sözlər: #Zəngəzur   #Prezident    

Oxunub: 452