Ermənistan Tovuzu atəşə tutdu


12:39     18 Noyabr 2021 2021/11/8CD9A5C9-D5D3-404D-B64C-6F3677526079_1637228666.jpeg

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.


Femida.az

Açar sözlər: #Ermənistan   #Atəşkəs    

Oxunub: 537