İspaniya Türkiyənin Avropa İttifaqında olmasının tərəfdarıdır


13:56     18 Noyabr 2021 2021/11/A12C4B66-9516-4E07-9DDB-9F4BD923FB9C_1637229946.png

Türkiyə-İspaniya hökumətlərarası sammitində iştirak etmək üçün Ankaraya səfərə gələn İspaniyanın baş naziri Pedro Sançes iki dövlət arasındakı münasibətlərin qeyri-adi səviyyəyə yüksəldiyini bildirib. Bu barədə “TRT Haber” məlumat yayıb.

Femida.az“TRT Haber”ə istinadən xəbər verir ki, Pedro Sançes İspaniyanın Türkiyənin Avropa İttifaqının üzvü olmasını istədiyini bildirib. Çünki Türkiyə Avropa İttifaqının yalnız qonşusu yox, həm də müttəfiqidir.

İki ölkə arasında ticarət dövriyyəsinin həcminə toxunan İspaniyanın baş naziri bu göstəricinin son illər ərzində əhəmiyyətli dərəcədə artdığını deyib.

- Biz kapital yatırımlarının həcmini artırmışıq. Hazırda Türkiyədə 600-dən çox ispan şirkəti fəaliyyət göstərir. Koronavirus epidemiyası hər iki ölkənin iqtisadiyyatına təsir etsə də, biz kommersiya əməkdaşlığının əvvəlki səviyyəyə qayıtmasını istəyirik, - Pedro Sançes qeyd edib.

Femida.az

Açar sözlər: #Türkiyə    

Oxunub: 242