"Azərbaycanın yanında olmağa davam edəcəyik" - Akar


14:07     18 Noyabr 2021 2021/11/856EC0DF-F24E-4B46-9717-92976D19D3FE_1637230637.png

“Türkiyə Qafaqazda sülh və sabitıiyin olmasına böyük önəm verir”.

Femida.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Erciyez Universitetinin yaradılmasının 44-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

“Can qardaşımız Azərbaycan 30 ilə yaxın işğalda olan torpaqlarını - Qarabağı 44 gün davam edən “Tək Vətən” hərəkatı ilə azad etdi. Müharibə vaxtı Azərbaycanın yanında olan Türkiyə bundan sonra da bütün imkanları ilə "bir millət, iki dövlət" anlayışı ilə qardaşlarının yanında olmağa davam edəcək", - Akar bildirib.

Femida.az

Açar sözlər: #Hulusi-Akar    

Oxunub: 378