Samuxda 54 yaşlı kişini öldürənlər tutuldu


14:22     18 Noyabr 2021 2021/11/FFA2DD08-0BEF-46A8-BF39-7DC40FA451F8_1637230955.png

Samux rayonunda qətl törədən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, noyabrın 11-də rayonun Sərkar kəndi ərazisindən kənd sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Aytəkin Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və noyabrın 12-də orada ölməsi ilə bağlı daxil olan məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Cinayət Axtarışı İdarəsi və Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinənlər - Saatlı rayon sakini E.Mehdiyev və Sərkar kənd sakini T.Yusifov tutularaq istintaqa təhvil veriliblər.


Femida.az

Açar sözlər: #Həbs    

Oxunub: 476