Uşaq hüquqları ilə bağlı yeni sənəd hazırlanıb


14:44     18 Noyabr 2021 2021/11/7FBFF554-706A-469F-AEEB-2EC7B34780FC_1637232541.jpeg

Uşaq hüquqlarının bütün sahələr üzrə meyarlarının müəyyənləşdirilməsi ilə bağlı sənəd üzərində iş aparılır.

Femida.az xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Uşaqlarının V Ümumirespublika Forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu günə qədər belə bir sənəd mövcud olmayıb:

"Bu sənəd çərçivəsində müəyyən kriteriyalar müəyyənləşdilir. Sənəd hazırdır və aidiyyatı qurumlara göndərilib. Eyni zamanda uşaqlara sosial xidmət göstərən mərkəzlərin keyfiyyət göstəricilərinə dair tələblər müəyyənləşdirilir. Fövqəladə vəziyyətlərdə və digər çətin şəraitlərdə uşaqların hüquqlarına təhlükəsiz əlçatanlığın təmin edilməsi və bərabərliyin gözlənilməsi sənədi üzərində də iş gedir".

Femida.az

Açar sözlər: #Uşaq   #ailə   #Sənəd    

Oxunub: 269