Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini yenidən atəşə tutub


15:35     18 Noyabr 2021 21_11_18_1637235360.jpg

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Açar sözlər:

Oxunub: 563