Karantin rejimi ilə bağlı 24 mindən çox ticarət obyekti monitorinq edilib


16:44     18 Noyabr 2021 21_11_18_1637235681.jpg

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu günə qədər sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə 24 255 ticarət obyektində monitorinq aparıb.

Femida.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, müşahidələr nəticəsində 2 901 pozuntu halı müəyyən edilib ki, bunların da 848-i vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması, 2 053-i isə işçi heyətinin tibbi maskadan istifadə etməməsi ilə əlaqədar olub. Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektlərinə 804 600 manat inzibati cərimə tətbiq edilib.

"Pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl olunmasına nəzarət məqsədilə ticarət məntəqələrində monitorinqlər davam etdiriləcək, pozuntu hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcək", - deyə qurum bəyan edib.

Açar sözlər:

Oxunub: 485