Putin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışıb


18:14     18 Noyabr 2021 21_11_18_1637244459.jpg

“Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb”.

Femida.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib.

O, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda oynadığı roldan danışıb.

“Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir”, - V.Putin əlavə edib.

Rusiya prezidenti üçtərəfli komissiyanın fəaliyyətinə də toxunub. Onun fikrincə, Baş nazirin müavinlərinin qatıldığı komissiyanın fəaliyyəti böyük perspektiv vəd edir: “Üçtərəfli komissiyanın gördüyü işin perspektivləri pis deyil. Doğurdan da, Rusiya da daxil olmaqla, region ölkələri problemlərin uzunmüddətli həllində maraqlıdır”.

Açar sözlər:

Oxunub: 472