İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib


18:47     18 Noyabr 2021 21_11_18_1637244701.jpg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan Femida.az-a verilən məlumata görə, “Foodini” MMC tərəfindən istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə edilən müraciət əsasında istifadə müddəti bitmiş ümumi çəkisi 3621.63 kq müxtəlif növ istehlaka yararsız qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.

Açar sözlər:

Oxunub: 180