Rusiya hipersəsli raket sınağı keçirdiyini açıqlayıb


19:25     18 Noyabr 2021 21_11_18_1637245545.jpg

Rusiya “Zirkon” hipersəsli raketin sınağını uğurla başa çatdırdığını açıqlayıb.

Femida.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib.

Ağ dənizdə yerləşən “Admiral Qorşkov” freqatından buraxılan “Zirkon” raketləri hədəfi dəqiqliklə vurub.

Qeyd edək ki, “Zirkon” hipersəsli gəmiəleyhinə qanadlı raketləri 350 kilometr uzaqlıqda hədəfi dəqiqliklə məhv edə bilir.

Açar sözlər:

Oxunub: 437