Peyvənd olunanların sayı açıqlanıb


19:33     18 Noyabr 2021 21_11_18_1637246032.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 699 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 201 533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 038 225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 505 772, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 657 536 təşkil edir.

Açar sözlər:

Oxunub: 472