Kürdəmirdə karantin rejimi qaydalarını pozan toy sahibləri cərimələnib


20:42     18 Noyabr 2021 21_11_18_1637246841.jpg

Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Femida.az xəbər verir ki, RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Çöhranlı kənd sakini Məmmədov Xidmət Hümmət oğlu və rayonun Şilyan kənd sakini Quliyev Seyidməmməd Allahverdi oğlunun fərdi yaşayış evinin həyətində təyin olunan qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Müəyyən olunan qayda pozuntusu ilə bağlı hər iki ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, 200 manat məbləğində cərimə tətbiq olunub.

Hazırda Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.

Açar sözlər:

Oxunub: 618