Kürdəmirdə market sahibi cərimələnib


21:06     18 Noyabr 2021 21_11_18_1637248018.jpg

Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Femida.az xəbər verir ki, RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Qardaşlar" marketdə işçilərin tibbi maskadan istifadə etmədən müştərilərə xidmər etməsi müəyyən olunub.

Müəyyən edilən qayda pozuntusu ilə bağlı market sahibi Mirzəyev Mirasif İlqar oğlu və işçiləri ilə profilaktiki söhbətlər aparılıb.

Daha sonra market sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, 200 manat məbləğində cərimə olunub.

Hazırda Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.

Açar sözlər:

Oxunub: 407